Rusiya ATƏT-in Minsk qrupunun məsul həmsədri kimi Qarabağ məsələsinin istisna olaraq sülh yolu ilə həll edilməsinə səy göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyində news.am müxbirinin Ermənistan və Azərbaycan sərhəddində hal-hazırkı gərgin vəziyyəti şərh etmək barəsində xahişinə cavabda deyilir.
Səfirlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərindən sitat gətirib:
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin arasında razılaşmanın əldə edilməsində vasitəçiliyə öz xarici siyasətinin prioritetlərindən biri kimi baxır”.
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda Sergey Lavrovun sentyabrın 1-də bildirdiyi kimi “biz ümumi məxrəcə doğru irəliləməyə çalışırıq. Ümid edirəm ki, inkişafa nail olacağıq”, - Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.