Rusiyanın Hərbi Dəniz Donanması ilin sonuna qədər Xəzər dənizində iki beynəlxalq təlim keçirəcək, bu təlimlərdə Azərbaycanın və Qazaxıstanın HDQ (Hərbi döyüş qüvvələri) iştirak edəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi HDD (Hərbi dəniz donanması) komandanı admiral Viktor Çirkov bildirib.
Xəzər dənizində 2015-ci ilin avqust ayının 3-dən 11-nə kimi beynəlxalq ordu oyunları çərçivəsində ilk dəfə olaraq “Xəzər Kuboku-2015” və “Xəzər derbi-2015” keçiriləcək.
2015-ci ilin sonuna qədər Xəzər dənizi akvatoriyasında ən azı iki beynəlxalq hərbi-dəniz təlimin keçirilməsi planlaşdırılır”, - Çirkov “Xəzər Kuboku-2015” və “Xəzər derbi-2015” beynəlxalq ordu müsabiqələrinin açılış mərasimində bildirib.
O əlavə edib ki, təlimlərdən biri Xəzər donanmasının Rusiya HDQ, Qazaxıstan HDQ və Azərbaycan HDQ-nın iştirakı ilə üçtərəfli, digəri isə Rusiya-Azərbaycanın iştirakı ilə olacaq.
“Bu təlimlərin gedişatında Xəzər dənizi akvatoriyasında sabitlik və istənilən təhlükənin istisnası məqsədilə qarşılıqlı fəaliyyəti məsələləri işlənəcək ”, - komandan bildirib.