2015-ci ildə dünya təmas xəttində ağır silah və artilleriya atəşinin istifadəsi ilə gərginliyin şahidi olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə Dağlıq Qarabağ məsələsini şərh edərkən bildirib.
“Əhali arasında qurbanların sayı artıb. Bu barədə artıq əvvəlki brifinqlərdə danışılıb. Vəziyyət çox gərgindir”, - M.Zaxarova bəyan edib.
Onun sözlərinə görə, tənzimlənmə əldə etmək üçün danışıqların intensivləşdirilməsi vacibdir.
“Tərəfləri atəşkəs rejiminin möhkəmlənməsinə istiqamətlənmiş razılaşmalara riayət etməyə çağırırıq”,- M.Zaxarova qeyd edib.