Rusiyada “Levada Mərkəz” tərəfindən keçirilmiş sorğunun nəticəsinə əsasən, rusiyalıların yarısı (49%) Abxaziya və Cənubi Osetiyanı (47%) müstəqil dövlət hesab edirlər. Digər yarısı isə onların respublika olduğunu bildirib.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Dnestryanı rəsmi müstəqillik statusuna malik olmalıdır.
Cənubi Osetiya və Abxaziyanı müvafiq olaraq 10% və 9% respondetlər Gürcüstanın hissəsi hesab edir. 21% Cənubi Osetiyanı, 20% isə Abxaziyanı Rusiyanın hissəsi hesab edirlər. Sorğuda iştirak edənlərin 22% və 21%-i cavab verməkdə çətinlik çəkiblər.
Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlət olmasının lehinə müvafiq olaraq 48% və 47% respondetlər cavab verib. Respublikaların Gürcüstanın tərkibinə daxil olmasına 7% və 8% respondentlər səs verib. 23% və 22% respondentlər hesab edir ki, onlar Rusiyaya birləşməlidirlər. 23% suala cavab verməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 49%-i hesab edir ki, Dnestryanı üçün ən yaxşı status müstəqil dövlət statusu ola bilər. 17% isə regionun Moldovanın tərkidində qalmasının lehinə səs verib. 34% suala cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələrinə əsasən, Dağlıq Qarabağın müstəqilliyini respondentlərin 42%-i dəstəkləyib, 10%-i isə regionun Azərbaycana, 9%-i isə Ermənistana verilməsini təklif ediblər. Respondentlərin 39%-i suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğu 21-24 avqust tarixində keçirilib. Sorğuda iştirak etmiş respondentlərin sayı 800 nəfər olub.