Rusiya ikiüzlülüklə deyil, insan resursları, onun üçün canını verə biləcək vətənpərvərlərin, haqlı olmasına inamı ilə güclüdür.
Rusiya Amerikanın belə bütün arzu və səylərinə baxmayaraq “parça-parça” edə bilmədiyi ən güclü ölkələrdəndir. Neftin qiymətlərini mümkün olan həddən də aşağı saldılar, sanksiyalar da yeritdilər və Avropanı da buna qoşdular. Rusiya isə dayanıb dözür. Nəyə görə? Çünki güclüdür. İkiüzlülüklə deyil, insan resursları, onun üçün canını verə biləcək vətənpərvərlərin, haqlı olmasına inamı ilə güclüdür.
Görəsən belə dövlətə ikili standartlara riayət etmək lazımdır? Əsası kənara qoyub, şübhəli faydalardan çıxış etmək olarmı? Əlbəttə ki, xeyr. Güclülər quyruq bulamır. Onlar məhz dəqiq davranış xətti, müvafiq deyil, açıq siyasətə üstünlük vermələri ilə güclüdürlər. Onların hərəkətləri sözlərinə və iddialarına müvafiq olduğu üçün hörmət sahibi olurlar. Amma belədirsə, onda Rusiyanın bir vətəndaşını qorumağı bacardığını, digərini isə heç yada salmadığını necə başa düşmək olar?
Rusiyanın Gümrüdə erməni ailəsini güllələyən Valeri Permyakovu ciddi cəhdlə müdafiə etməsini, amma digər vətəndaşı olan, elə həmin ermənilərə əsir düşən Dilqəm Əsgərovu onların caynağına verməsini necə izah etmək olar? Bu, ikili standartlar siyasətidir? Bəlkə bu öz vətəndaşlarının təhlükəsizliyinə cavabdeh olanların unutqanlığı və ya diqqətsizliyidir?
V.Permyakovun etdikləri hər kəsə bəllidir. Bu barədə yenidən danışmayacam, bu, hamının qulağındadır. Gecə. Gümrü. Susuzluq. Sıravi erməni ailəsinin qapısı döyülür. Bir stəkan su verməyə etiraz edilir və... “Kalaşnikov”dan atəş açılır və süngü işə düşür. Nəticədə altı erməni məhv olur. Küləklə şəhər qəbiristanlığına sovrulurlar. Daha sonra Gümrüdə xalq həyəcanı. Əsgəri Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə dair tələblər və ... Rusiyanın rəsmi etirazı.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, V.Permyakovu Rusiya məhkəməsi mühakimə edəcək. Yəni Rusiya vətəndaşı öz ölkəsinin məhkəməsi qarşısına çıxacaq. Vəssalam. Rusiya güclü ölkədir və quyruq bulamaya və ya ikiüzlülük etməyə bilər. O, ikili standartlara riayət etmək məcburiyyətində deyil. Bu, ermənilərin xoşuna gəlir ya yox, V.Permyakovu Rusiyaya məhkəməyə yollayacaqlar. Dedi və söhbət bitdi. Ermənilər lap istəyirlər qəzəblərindən göyə çıxsınlar. Rusiya necə qərara alıbsa elə də olacaq.
Bəs Rusiyanın digər vətəndaşı Dilqəm Əsgərovla vəziyyət nə yerdədir? Həmin güclü və öz baxışlarında möhkəm olan Rusiya, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Dağlıq Qarabağın separatçı rejimi tərəfindən mühakimə olunacaqlarını deyəndə susur.
Yaxşı, deyək ki, Şahbaz Quliyev öz torpağında separatçı və yaraqlılara əsir düşmüş Azərbaycan vətəndaşıdır, Rusiya erməni-Azərbaycan münaqişəsinə müdaxilə etmək istəmir. Yəni özləri həll edərlər.
Bəs Dilqəm Əsgərov necə olsun? Axı ona Rusiya vətəndaşlığı verərkən, bu güclü dövlət onu müdafiə öhdəçiliyinə götürüb. Vətəndaşlıq insanın dövlət qarşısında öhdəçiliklərlə yanaşı, dövlətində insan qarşısında öhdəçiliklərin olması deməkdir. Maraqlıdır, bu, Rusiyada bütün millətlərin nümayəndələrinə aiddir, yoxsa yalnız Azərbaycan millətinin nümayəndələrinə belə münasibət bəsləyirlər?
Bilirsiz, bütün bu əhvalatda ən xoşagəlməz hal hansıdır? Ermənilərin satqınlığını bilmələrinə, və bunu ermənilərin öz satqın tarixləri boyu sübut etmələrinə baxmayaraq Rusiya yenə də Cənubi Qafqazda Ermənistanı dəstəkləyir.
Güclü dövlət Azərbaycanın 20% ərazisini işğal edən dövlətə silah çatdırır. Rusiya Ermənistanı maddi cəhətdən dəstəkləməyə davam edərək, Azərbaycanı möhkəm iqtisadi əlaqələrə və iki xalq arasında qardaşlıq münasibətlərinə inandırmağa çalışır. Azərbaycanın sıx mədəni əlaqə saxladığı, bizim şimal qonşumuz Ermənistanda hərbi baza saxlayır, Rusiya əsgərləri erməni şəhərlərində və kəndlərində doğma evlərində olduğu kimi gəzirlər.
Bilirsiz, bütün bu hadisədə ən xoşagələn nədir? Vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, mən Ermənistan ilə açıq hərbi qarşıdurmanı və onun Rusiya tərəfdən dəstəklənməsini nəzərdə tuturam, Azərbaycan hər iki dövlətlə dəqiq xarici siyasət yürüdür, Ermənistan ilə müharibə, Rusiya ilə dostluq edirik. Bizə quyruq bulamaq lazım deyil.
Biz hər şeyi öz adı ilə çağırırıq. Qəbələdə radiolokasiya stansiyasını saxlamaq istəyirsiniz? Ödəyin. Yaxşı pul ödəyin və ərazi sizindir. Sərf etmir, bağışlayın. Deməli, sövdələşmə alınmadı. Azərbaycan neftini almaq istəyirsiz? Problem yoxdur. Baku-Novorossiysk mövcud neft kəməridir. Amma bağışlayın, biz öz neft kəmərlərimizi diversifikasiya etməliyik.
Yəni nə ediriksə, açıq edirik, aşkarda edirik. Biz ikili standartlar siyasəti yürütmürük, nə düşmənlə, nə də dostla. Düşmən düşməndir. Dostlara gəldikdə isə... ən azından Azərbaycan dostları ilə dürüst olmağa çalışır. Onların elədiyi isə öz vicdanları tərəfindən mühakimə edilsin...
Yeri gəlmişkən, ikili standartlar siyasətinə Matfeyin İncilində deyilən: “Kimsəni mühakimə etməyin, çünki mühakimə etdiyiniz kimi mühakimə ediləcəksiniz” kəlməsi çox uyğun gəlir...
Dünyamalı Nurşərəf
Qeyd: Müəllifin fikri ilə redaksiyanın fikri üst-üstə düşməyə bilər.