Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə Yeravan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, o, RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.
S.Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində belə praktika olub: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.
A.M.