Şəhid general-mayor Polad Həşimovun nəşi Sumqayıta gətirilib.
Oxu.Az xəbər verir ki, bütün Sumqayıt sakinləri şəhidi qarşılamağa toplaşıb.
Şəhidin vida mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, ziyalılar, hərbçilər və digər rəsmi şəxslər iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan Ordusunun şəhid general-mayoru Polad Həşimovun cənazəsi sabah İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Şəhid generalımızın nəşi Sumqayıta gətirildi - YENİLƏNİB + FOTO/VİDEO

