Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.
Bu məqsədlə restoranlar şəbəkəsi olan “Shaurma №1” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 20 min manat vəsait ayırıb.
Xatırladaq ki, “Shaurma №1” bundan əvvəl də Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğdə ianə etmişdi.