ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində monitorinq keçirilib.
Oxu.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.