Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 saylı “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gəmiyə baxış keçirib.
E.Ə.
www.oxu.az