Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türklər Qarabağda döyüşə can atırlar
Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə (MN) müraciət edirlər.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, artıq xeyli Türkiyə vətəndaşı tərəfindən Azərbaycan Müdafiə Nazirliyinə qurumun rəsmi internet saytı vasitəsi ilə müraciətlər daxil olub.
Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilib, Azərbaycan dövlətinə dəstək ifadə olunub. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılmasını istəyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, qoşun komandanları da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb, şəhid olmuş əsgərlərlə bağlı müdafiə nazirinə və Azərbaycan xalqına başsağlığı verib, Azərbaycana dəstəklərini ifadə ediblər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"