ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Vyanada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet etməliyik”, - amerikalı diplomat qeyd edib.
www.oxu.az