Vətən müharibəsi şəhidi, gizir İxtiyar Əliyev dəfn edilib.
Oxu.Az xəbər verir ki, şəhid rayonun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
11:54
Vətən müharibəsinin şəhidi İxtiyar Əliyevlə vida mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, şəhidin nəşi Goranboy rayonunun, Goranlı kəndində yaşadığı evə gətirilib.
Şəhidimiz doğulduğu kənddə dəfn ediləcək.
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Onun nəşi dünən tapılıb.


