Gürcüstan Dağlıq Qarabağda keçirilən “referendum”un konstitusional və hüquqi quruluşunu tanımır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Gürcüstan separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyyini və orada keçirilən “referendum”u tanımır.
Gürcüstan XİN hesab edir ki, münaqişə tərəfləri arasında dialoq davam etdirilməli və münaqişə beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir.
S.B.
www.oxu.az