Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN rəsmisi: “İşğalçı ölkənin sülhdən bəhs etməsi riyakarlığın son həddidir”
Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.
O bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir: “Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox”.
“Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir. İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz”, - L. Abdullayeva deyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan-Tehran reysi Təbriz hava limanında məcburi eniş edib
- Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
- Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər
- Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanılıb
- Ermənistan müxalifəti Paşinyana qarşı sui-qəsd hazırlayır?
Rəylər