Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xocalı soyqırımı: Ermənistanın əbədi xəcalət və şərəfsizlik damğası - VİDEO
“Caliber” layihəsi öz “Youtube” səhifəsində Xocalı faciəsi və onun səbəbkarlarına həsr olunmuş süjet yerləşədirib.
Süjetin müəllifləri soyqırımın istər ideoloji, istərsə də taktiki-texniki cəhətdən əvvəlcədən hazırlandığını bildirir və bu faktı onu törədənlərin dili ilə sübut edirlər.
“Erməni faşizminin ideoloqlarından biri Zori Balayan hələ Xocalı faciəsindən 10 il öncə “Ocaq” əsərini çap etdirib. Burada o, ermənilərin digər xalqlardan üstünlüyünü bəyan edərək, azərbaycanlıları “vəhşi köçəri tayfalar” adlandırıb və cəmiyyəti türklərə qarşı intiqama səsləyib. General-mayor Arkadi Ter-Tadevosyan bildirib ki, Xocalını yer üzündən silmək üçün nəzərdə tutulmuş əməliyyatın hazırlığı 3 həftə ərzində aparılıb. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan isə açıq şəkildə Xocalı faciəsinin məqsədini izah edib. O, britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bildirib ki, Xocalıyadək azərbaycanlılar ermənilərin dinc sakinlərə əl qaldırmayacaqlarını düşünürdülər. Lakin bu əməliyyat nəticəsində sözügedən steriotip dağıdılıb. Sarkisyanın sələfi Robert Koçaryan da eyni faşist ideyaları təbliğ edib və azərbaycanlılarla ermənilərin etnik cəhətdən uyğunsuz olduqlarını, bu səbəbdən də birgə yaşayışlarının mümkünsüzlüyünü bəyan edib”, -deyə sujetdə bildirilir.
Videoda həmçinin Xocalı soyqırımını törədənlərin böyük bir qisminin həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı cəzalandırıldığı da vurğulanır. Sağ qalan Sarqsyan, Koçaryan, Qriqoryan kimi hərbi cinayətkarların isə erməni cəmiyyətində anti-qəhrəmanlara çevrildiyi bildirilir.
Sonda süjet müəllifləri müharibənin bitdiyini və Azərbaycanın qələbə qazandığını, lakin hərbi cinayətlərin heç vaxt unudulmayacağını, Ermənistan üçün daimi xəcalət və şərəfsizlik damğası olacağını bildirirlər.
Daha ətraflı “Caliber”in növbəti süjetində:
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər