Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi davam edir.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.
18:10
Gürcüstanda Azərbaycan və Türkiyənin də iştirakı ilə üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə “Qafqaz qartalı” təlimləri başa çatıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, təlimlər zamanı üç ölkənin xüsusi təyinatlıları düşmənin nəzarətində olan binanın damına desant endirilməsini və binanın ələ keçirilməsini məşq ediblər.
Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin ssenarisinə görə, xüsusi təyinatlı bölmələr habelə şərti hərbi obyektləri zərərsizləşdiriblər, taktiki, mühəndis, atəş və digər xüsusi vəzifələri yerinə yetiriblər. Hərbçilər tibbi hazırlıq vərdişlərini və yaşayış məntəqəsində döyüş təcrübəsini də mənimsəyiblər.
Üç ölkənin iştirakı ilə “Qafqaz qartalı” təlimləri üçüncü dəfə keçirilir. Bundan əvvəl təlimlər Türkiyədə keçirilmişdi. Təlimlərdə məqsəd üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında təcrübə mübadiləsi, döyüş təcrübəsinin təkmilləşdirilməsidir.
İ.N.