Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Xatırladaq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi.
Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
"Azərbaycan Hərbi Dəniz Qüvvələri" teqi üzrə xəbərlər
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi dənizçilərimiz Pakistanda
- Türkiyə ilə Azərbaycan HDQ arasında keçirilən təlimlər başa çatdı
- Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
- Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi davam edir