Müdafiə Nazirliyində (MN) kadr dəyişikliyi olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev nazirlik daxili yerdəyişmə qaydalarına əsasən digər məsul vəzifəyə təyin olunub.