Müdafiə naziri Zakir Həsənov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə görüşüb.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Sonda səfir qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
E.Ə.
www.oxu.az