BMT Təhlükəsizlik Şurası (TŞ) ABŞ-ın Vyana anlaşması çərçivəsində İranla bağlı təqdim elədiyi qətnamə layihəsini qəbul edib.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, sənəd İranın nüvə proqramının beynəlxalq nəzarətə götürülməsini və Tehrana nüvə silahı əldə etməyə imkan verməməyi nəzərə tutur.
Qətnamə yekdilliklə qəbul edilib – TŞ-nin 5 daimi və 10 müvəqqəti üzvü onu dəstəkləyib.
Yeni qətnamədə Tehranın öhdəliklərə sadiq qalmayacağı təqdirdə ona qarşı sanksiyaların bərpası sxemini də nəzərdə tutur.