Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov tutduğu vəzifədən azad olunub.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.