18 
İyn
2018
15:06
223
47
5889
Virtual karabakh

Ekspert: Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir

18 İyn, 2018
15:06
5889

Ekspert: Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikol Paşinyanın ta əvvəldən Qarabağa həddindən artıq diqqət göstərir. Bu dərhal nəzərə çarpır.

Bir tərəfdən o həqiqətən Azərbaycan ordusunun zərbələrindən çəkinir, belə ki, Bakının onu “yoldan keçən biri” kimi qəbul etdiyini yaxşı anlayır, digər tərəfdən isə, bizim barəsində yalnız gümanlar irəli sürə biləcəyimiz müəyyən məqamla bağlı bilgisi ola bilər.

Bunları rusiyalı politoloq Qriqoriy Trofimçuk Dağlıq Qarabağda keçirilən qanunsuz aviasiya festivalı ilə bağlı Oxu.Az-a verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri hökumətin gözündə Sarksyanın əlaltısı sayılan Bako Saakyana o qədər də etibar etmir.

“Görünən odur ki, Paşinyan Ermənistanın daxilində inzibati xaosun getdikcə böyüməsi və yüksək vəzifəli erməni məmurların açıq aşkar təqiblərə məruz qalması fonunda Sarkisyanın tərəfdarlarının Qarabağı öz bazalarına çevirməyə cəhd edəcəklərini istisna etmir.

“Qarabağ klanının” taleyi elə gətirib ki, özlərinə Qarabağda yataq qurmaq məcburiyyətində qalıblar. Sadə dillə desək,  Qarabağ hələ ki, Paşinyan üçün ən problemli məsələlərdəndir. Bu məsələ onu yaman narahat edir”, - deyə agentliyin həmsöhbəti bildirib.

Ekspert bildirib ki, bununla əlaqədar intensiv Ermənistan-Azərbaycan danışıqlarının bərpasına israr edən ABŞ dövlət katibi Mayk Pompeonun son bəyanatına da diqqət ayırmaq yerinə düşər.

“Bunlar hamısı Qarabağ ətrafında baş verən hadisələrdə yeni səhifənin açıldığını təsdiiq edir. Bu artıq uzun illərin “piştaxta arxasında” gedən ləng və əhəmiyyətsiz söhbətlərdən müəyyən mənada fərqli olacaq.”, -deyə Trofimçuk bildirib.

Onun sözlərinə görə, Paşinyanın qırıcının kabinasında özünü “gözə soxması”, siyasi oponentlərinə psixoloji təsir göstərmək məqsədi daşıyır. Qarabağdakı aviasiya festivalı da eyni məqsədi daşıyır. Ancaq hesab edirəm ki, hər şey əksinədir: belə metodlar gücdən yox, daha çox zəiflikdən xəbər verir.

“Müvafiq olaraq, Azərbaycan baş verənlərlə bağlı son müşahidələr əsasında bundan düzgün nəticə çıxara bilər”, -deyə Trofimçuk vurğulayıb.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri