Sen
2018
13:46
18
42
2640
Virtual karabakh

ÜTT-yə üzvlük prosesində məhdudlaşdırma tələbləri ola bilər - RƏY

2 Sen, 2018
13:46
2640

ÜTT-yə üzvlük prosesində məhdudlaşdırma tələbləri ola bilər - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Azərbaycan arasında əməkdaşlıq var və tərəflər arasında danışıqlar prosesi davam etdirilir.

Onu da qeyd etməliyik ki, ÜTT-yə üzvlük prosesi bir qədər mürəkkəb prosedurdur. Mahiyyət etibarilə götürdükdə, burada dövlətin həmin quruma hansı statusda qəbul edilməsi, inkişaf edən və ya inkişaf etməkdə olan dövlət statusunda daxil olması, subsidiyalar və sair kimi məsələlər var ki, onlar barədə hər bir dövlət, heç şübhəsiz, özünün milli mənafelərindən, iqtisadi maraqlarından çıxış edərək, üstün bir statusda qəbul olunmağa çalışır. 

Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanda hazırda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi yönündə işlər sürətlər aparılır və bu prosesdə kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biridir.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı ölkədə məşğulluğun təmin edilməsi prosesində əməktutumlu sahələrdən biridir.

“Həmçinin, nəzərə almaq lazımdır ki, ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatına ayrılan subsidiyalarda məhdudlaşdırma kimi tələblər ola bilər.

Azərbaycan kənd təsərrüfatına ayrılan subsidiyaları davam etdirməklə, bu sahənin inkişafında nailiyyətlərin olmasını nəzərə alır.

Müzakirələr davam etdirilir. Təşkilatla müzakirələrlə bərabər, üzv dövlətlərlə də paralel şəkildə danışıqlar aparılmalı, onlarla müxtəlif razılaşmalar əldə edilməli, imzalanmalıdır.

Ümumiyyətlə, danışıqlar prosesi gedir və Azərbaycan tərəfi öz milli maraqları, vətəndaşlarımızın mənafeləri kimi önəmli məqamları nəzərə alaraq, bu prosesdə iştirak edir”, - Hikmət Hacıyev deyib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri