12 
Sen
2018
11:28
216
119
3668
Virtual karabakh

Liberman Azərbaycana gəlir - YENİLƏNİB

12 Sen, 2018
11:28
3668

Liberman Azərbaycana gəlir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

09:58

İsrailin müdafiə naziri Aviqdor Liberman bu gün Gürcüstan və Azərbaycana işgüzar səfərə gəlir.

Oxu.Az xəbər verir ki, bununla bağlı Vesty.co.il İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb. 

Qeyd edilib ki, Liberman Azərbaycan və Gürcüstan prezidentləri, ölkələrin hərbi rəhbərləri və müdafiə nazirləri ilə görüşlər keçirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri