Müğənni Sevda Yəhyayeva həmkarları Nadir Qafarzadə və Səidə Sultanla “5/5” verilişinə paraşütlə gəlib.
Oxu.Az xəbər verir ki, telekanalın həyətində paraşütdən enən ifaçının halı pisləşib.
Sevda özünü çox pis hiss etdiyini və efirə çıxa bilməyəcəyini deyib:
“İlk dəfə idi belə bir şey oldu. Ürəyim çox pis bulanır. Efirə çıxa bilməyəcəyəm”.
Verilişin aparıcısı Zaur Kamal ona təcili yardım çağırmaq məcburiyyətində qalıb.
Sevda Yəhyayeva verilişə paraşütlə gəldi, təcili yardım çağırıldı - VİDEO
Pərviz Hüseyn
www.oxu.az
Rəylər