Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putin Azərbaycanla Xəzərdəki birgə fəaliyyət barədə
Rusiya və Azərbaycan liderləri ümid edirlər ki, hər iki ölkənin şirkətləri Xəzər dənizindəki perspektiv layihələrdə, o cümlədən neft və qazın hasilində fəal iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb.
“Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər dənizindəki perspektiv layihələrdə fəal iştirak edəcəklər. Sözsüz ki, bu, ilk növbədə, neft və qaz hasilatı, nəqliyyat sahəsində yüklərin daşınması, ekologiya və bioresurslar sahəsində vacibdir”, - Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən IX Rusiya-Azərbaycan beynəlxalq forumunda çıxışı zamanı deyib.
Putin bildirib ki, Rusiya enerji şirkətləri Azərbaycan bazarında uğurla işləyir. Eyni zamanda, Rusiya prezidenti tezliklə neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə başlayacaq “Rosneft” şirkətinin Azərbaycanın dövlət korporasiyası ilə işini xatırladıb.
“Lukoyl” şirkəti Azərbaycandakı enerji layihələrinə dörd milyard dollara yaxın investisiya qoyub, neft ixracı sahəsində aparıcı şirkətimiz olan “Transneft” isə Bakı-Novorossiya neft kəməri ilə Azərbaycan neftinin etibarlı nəqlini təmin edir”, - Putin deyib.
O əlavə edib ki, avtomobil sənayesində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanlar var.
“Azərbaycan investorları Rusiyada kənd təsərrüfatı müəssisələrinin tikintisində iştirak edirlər. Buna misal olaraq, investisiyası milyard rubl olan Nijni Novqorod vilayətində istixana kompleksini və Krasnodar ərazisində qida məhsullarının istehsalı üçün birgə müəssisəni göstərmək olar”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Xəzər dənizinin statusu ilə bağlı konvensiya iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açıb.
Bununla yanaşı, o bildirib ki, bu müqavilənin tam həyata keçirilməsi üçün çox işlər görülməlidir.
“Sözsüz ki, hər şeyin tam şəkildə həyata keçirilməsinə nail olmaq üçün hələ də çox işlər görülməlidir. Hazırda imzalanmış sənədlər artıq Xəzər regionunda əməkdaşlığımız üçün yaxşı bir əsas yaradır”, - Putin deyib.