17 
Noy
2018
17:32
414
45
4291
Virtual karabakh

Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər

17 Noy, 2018
17:32
4291

Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn həftənin əvvəlində Azərbaycan prezidenti İlham Əliyev 5-ci dəfə Belarusə rəsmi səfərə gedəcək. 

Bu səfərdən hansı gözləntilər var və Bakı ilə Misnk arasındakı münasibətlər nə üzərində qurulur?

Oxu.Az-ın müxbiri bu sualla Milli Məclisin deputatı Rasim Musabəyova müraciət edib.

O qeyd edib ki, Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəniyyət və hərbi-texniki sahədə əməkdaşlıqlar mövcuddur. 

Onun sözlərinə görə, Bakı və Minsk bu gün hərbi-texniki və humanitar əməkdaşlıq üzrə çox ciddi məsələləri həll edir, elm və təhsil sahələrində əlaqələr qururlar.

“Bakı Minskdən müasir silahların yeni partiyasını ala bilər. Bu, bir neçə faktordan asılıdır: texniki göstəricilər, bu silahlara tələbat, qiymət. Azərbaycan hərbi-texniki məsələlərdə Belarusa etibar edir. Məhz bu səbəbdən istisna deyil ki, ölkələr silah və hərbi texnikanın birlikdə istehsalı ilə bağlı razılığa gələ bilərlər”, - R.Musabəyov qeyd edib. 

O əlavə edib ki, bu gün Minskin bir sıra iqtisadi çətinlikləri var. 

“Azərbaycan hər zaman Belarusun yanında olub. Amma bu gün ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməliyyatlar haqqında daha çox söhbət gedir. Hərbi texnikalardan başqa, ölkələr kənd təsərrüfatı texnikalarının, avtomobillərin və digər avadanlıqların birgə istehsalına başlaya bilər”, - deputat deyib. 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri