Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyevdən həmsədrlərin son bəyanatına münasibət
Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən, danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.
Oxu.Az-ın məlumatına görə, bu fikirləri prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşdə deyib.
Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar