Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əliyevdən Paşinyana tarix dərsi
“Biz ilk növbədə ona diqqət etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır. Buna görə də tarixə baxmaq lazımdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən debatda deyib.
Prezident bildirib ki, Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Ölkə başçısı qeyd edib ki, beynəlxalq aləmdə də Qarabağ Azərbaycanın torpağı kimi qəbul olunur.
İlham Əliyev vurğulayıb ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkə başçısı tarixdən nümunələr gətirərək, Qarabağın Azərbaycan torpağı olmasını əsaslandırıb.
“Bütün bunlar tarixi faktlardır”, - deyə Prezident əlavə edib.
İlham Əliyev daha sonra Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb:
“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb”.
Prezident BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini də xatırladıb.
Qeyd edək ki, debatın moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderdir.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
- Berlində ruhi xəstə yoldan keçənlərə bıçaqla hücum etdi - Yaralılar var