Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.
Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib
- Məşhur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan bəhs edib
- COP29 "S&P"nin reytinq tərtibatına yanaşmasını dəyişib
- İcma BMT ekspertlərini Ermənistanda media və internet məkanını daim monitorinq etməyə çağırıb
- BMT ekspertləri İranda "Məcburi Hicab Qanunu"nun ləğvinə çağırıblar