Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq - VİDEO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Yeni imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada hərbi helikopter qəzaya uğradı: Ekipaj həlak oldu
- Türkiyəli ekspert "Haber Global"da husilərin Rusiya ilə gizli əməkdaşlığından danışıb
- KİV: "ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Rusiyada daha bir yaşayış məntəqəsində araq içmək qadağan edildi