Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Yeni ildə əfv olacaq? - AÇIQLAMA + FOTO](https://images.oxu.az/2022/11/29/13/42/00/e76500db-158d-4cf4-832a-e9cb58aceaa8/3QhjDQ61eeLKykaKBblXyWQt0zDj7S3yjwhVp7Pl:1200.jpg)
Yeni ildə əfv olacaq? - AÇIQLAMA + FOTO
Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.
Bəs bu il də əfv sərəncamı gözlənilirmi?
Oxu.Az-ın əməkdaşı bu sualla Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət edib.
Ə.Nuriyev qeyd edib ki, mövcud praktikaya əsaslansaq, bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının olacağı gözlənilmir:
“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq növbəti əfv sərəncamının olacağı güman edilmir”.
Könül Cəfərli