Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır” - YENİLƏNİB + VİDEO
“İran xüsusi xidmət orqanlarının törətdikləri terror aktında məqsəd Azərbaycan səfirliyinin həmin an binada olan bütün əməkdaşlarının güllələnməsi olub”.
Bu barədə “Caliber” “Telegram” kanalı yazıb.
Qeyd olunub ki, səfirliyin mühafizə xidmətinin, qəhrəmancasına şəhid olan xidmət rəhbərinin sayəsində daha böyük faciənin qarşısını almaq mümkün olub.
12:01
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.
Lakin APA-nın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.
İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.
Qeyd edək ki, bu gün səhər saatlarında “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki əməkdaş yaralanıb.
Hücum edən şəxs tutulub.