Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən zərər çəkənlərə Biləcəri dəmiryol stansiyasından qatarla yardım göndərilməsi ilə bağlı paylaşım edib.
“Bu qatar Azərbaycandan Türkiyəyə qurulan bir könül körpüsü, qardaş köməyidir”, - deyə səfir paylaşımında qeyd edib.
Bu katar/tren Azerbaycan’dan Türkiye’ye kurulan bir #GönülKöprüsü’dür, #KardeşKömeyi’dir. 🇹🇷🤝🇦🇿❤️🌹 pic.twitter.com/kIfrMwkPTY
— Cahit Bağcı (@cahitbagci) February 16, 2023
14:34
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib.
Oxu.Az xəbər verir ki, tədbirdə ADY sədri Rövşən Rüstəmovun və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak ediblər.
R.Rüstəmov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi:
“Artıq dəmir yolu vasitəsilə də yardım göndərildi. Qardaş ölkəyə köməyin vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən zərər çəkənlərə Biləcəri dəmiryol stansiyasından qatarla yardım gö...
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
Rəylər