May
2023
17:44
156
11
2415
Virtual karabakh

Rəsmi Bakıdan Paşinyanın Çexiyada səsləndirdiyi iddialara CAVAB

4 May, 2023
17:44
2415

Rəsmi Bakıdan Paşinyanın Çexiyada səsləndirdiyi iddialara CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik”.

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir:

“Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır.

“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir.

Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri