Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Blinken: “Bakı və İrəvan davamlı sülh sazişinə doğru irəliləyiş əldə edib”
Azərbaycan və Ermənistan ABŞ danışıqlarında davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə ediblər.
Bu barədə cümə axşamı Virciniya ştatının Arlinqton şəhərində ikitərəfli sülh danışıqlarının yekun iclasında çıxış edən dövlət katibi Antoni Blinken bildirib.
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələləri müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ-nin baş diplomatı bildirib.
“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olur. Biz bunu bilirik”, - Blinken əlavə edib.
Mənbə: TASS
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Ermənilərin korrupsioner dayağının sonu: Menendezə verilən layiqli cəza
- Dmitri Peskov çətin sual qarşısında: Bayden administrasiyası Putini öldürməyə çalışıb?
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi