Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan XİN: “Sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib”
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Azərbaycan və Ermənistan arasında tranzit prosedurları sadələşdirilə bilər
- Ermənistanda rusiyalı hərbçi ölüb: 102 saylı baza bağlana bilər
- İsrail nə üçün Azərbaycanı ABŞ-dən üstün tutur? - Bizdən nə danışırlar?
- Avropa İttifaqı Ermənistan-Azərbaycan şərti sərhədini nə vaxt tərk edir?
- Mirzoyan: "Türkiyə ilə danışıqlarda hələlik nəzərəçarpacaq nəticə yoxdur"