Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Həmişə “üç meymun”u oynayan ABŞ səfirliyi hansısa QHT-ni niyə Zəngilana göndərib? - FOTO
“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Zəngilanda təlim keçirib.
Onların qeyd etdiyinə görə, təlimin keçirilməsi ABŞ Səfirliyinin maliyyə dəstəyi ilə olub. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağalıda Ağıllı Həyat Tərzi” layihəsi keçirilib.
Bütün dünya bilir ki, Ağalıda Ağıllı kəndin qurulması Azərbaycan hökumətinin ən mütərəqqi və Qarabağa dönüş layihəsi çərçivəsində ən parlaq, səs gətirən proyektlərindən biri olub.
Belə bir yerdə hər hansı bir xaricdən maliyyə alan qeyri-hökumət təşkilatının kim və ya kimlərinsə, “dəstəyi” ilə özünü reklam etməyə çalışması anlaşılan deyil.
Fəxrəddin Həsənzadə adlı şəxsin idarə etdiyi QHT-nin kimlə bağlılığı olduğu vətəndaş cəmiyyətində gözəl bilinir.
Xüsusilə, bir müddət əvvəl səfirlər Qarabağa səfər edib, erməni vəhşiliyinə şahid olanda ABŞ-nin Azərbaycandakı səfiri həmin vandalizm aktlarını görməmək üçün qeybə çəkilmişdi. Niyə, bax bu sual insanı düşünməyə vadar edir. Səfirliyin Azərbaycanın daxili işlərinə zaman-zaman müdaxilə cəhdləri olub desək, yəqin ki, yanılmarıq.
Dövlətimizin icra etdiyi layihələrdə, əməliyyatlarda, gündəmlə bağlı məsələlərdə ABŞ-nin ölkəmizdəki səfirliyi “öz narahatlığını” ifadə edib. Halbuki bunlar hər hansı bir səfirliyin narahat olacağı məqam olmayıb.
Belə bir məqamda səfirliyin Ağalıda icra edilmiş layihəni guya “dəstək” məqsədi ilə “QHT”yə pul ayırması saf niyyətdən irəli gəlmir. Bunu səfirimiz həmin ərazilərə getməsə də, bir əlimiz mütləq oradadır demək ismarıcı olmaqla yanaşı, həm də ictimai-sosial həyata müdaxilə cəhdi kimi qiymətləndirmək olar.
Hər şeydən belə “narahat” olan səfirliyin belə bir addım atması nə qədər məntiqlidir?!
Təbii ki, hamıya məlumdur ki, bu cür tədbiri təşkil edənlərin, dəstək olanların arxasında kimlər, hansı qüvvələr dayanır.
İndiyə kimi sosial, siyasi, iqtisadi həyatda hər hansı bir söz sahibi olmayan, lazımi məsələlərdə dövlətin mövqeyini ifadə etməyən bir “QHT”nin ABŞ səfirliyinin maliyyə dəstəyini alması da şübhə doğurmaya bilməz. İstər-istəməz sual yaranır: Belə “QHT”lər ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən hansı prinsiplər əsasında seçilir? Hər fürsətdə ölkənin daxili işlərinə qarışmağı özünə məqsəd seçmiş səfirliyin belə mövqesiz imic yaratmış “QHT”yə maliyyə ayırması hansı amala qulluq edir?
Görünən odur ki, ABŞ-nin Azərbaycandakı səfirliyi erməni vandalizmini görmək lazım olanda kor olur, şərq fəlsəfəsində geniş yayılmış “üç meymunu” oynayır. Görmür, eşitmir, danışmır, amma elə ki, fürsət düşür, özünü niyəsə haqq sahibi hesab edir və əlaltılarının köməkliyi ilə suyu bulandırmaqdan həzz alır.
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"