Noy
2023
12:23
199
12
1095
Virtual karabakh

Nazir Teymur Musayev Sverdlovsk vilayətinin qubernator müavini ilə əməkdaşlıq imkanlarını müzakirə edib - FOTO

3 Noy, 2023
12:23
1095

Nazir Teymur Musayev Sverdlovsk vilayətinin qubernator müavini ilə əməkdaşlıq imkanlarını müzakirə edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunun müavini Vasiliy Kozlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə səhiyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri, o cümlədən tibbi xidmətlərin göstərilməsində təcrübə mübadiləsi, səhiyyədə mütərəqqi texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların hazırlığı müzakirə edilib.

Nümayəndə heyətini salamlayan Teymur Musayev bildirib ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında imzalanan “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi”nə əsasən həyata keçirilir.

Nazir, tibb təhsili sahəsində də uğurlu əməkdaşlığın olduğunu vurğulayıb:

“Beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb”.

Nazir bildirib ki, əczaçılıq, tibb mütəxəssislərinin mübadiləsi, prioritet sağlamlıq mövzularında təcrübələrin öyrənilməsi uğurla həyata keçirilir.

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunun müavini Vasiliy Kozlov səmimi qəbula görə Teymur Musayevə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında imzalanan xarici iqtisadi əlaqələrin tənzimlənməsinə dair Saziş çərçivəsində səhiyyə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsi mövcuddur. O, yüksəktexnoloji tibbi yardım, əczaçılıq, sanator-kurort müalicəsi, tibbi turizm və kadrların hazırlığı sahələrində birgə əməkdaşlığa maraqlı olduqlarını bildirib.

Tərəflər həmçinin, digər istiqamətlər üzrə də gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri