Dek
2023
14:56
109
11
1316
Virtual karabakh

İtaliyanın Azərbaycandakı səfiri: “Ən çox badımcanı və ondan hazırlanan yeməklərinizi sevirəm”

1 Dek, 2023
14:56
1316

İtaliyanın Azərbaycandakı səfiri: “Ən çox badımcanı və ondan hazırlanan yeməklərinizi sevirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan mətbəxi çox dadlıdır və sizin yeməklərinizin hamısını xoşlayıram. Çünki yeməklərin, burada yetişən tərəvəzlərin dadı İtaliyadakılara bənzəyir”.

Bu barədə Oxu.Az-a açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri məlumat verib.

O bildirib ki, ümumiyyətlə, badımcanı və onunla bişirilən bütün yeməkləri xüsusilə sevir:

“Azərbaycandakı tərəvəzlərin dadı o qədər möhtəşəmdir ki, yeməklərimiz bu tərəvəzlərlə daha ləziz olur. Ümumiyyətlə, İtaliya mətbəxi də mükəmməldir, hər ölkənin öz ləziz mətbəxi var. Amma düşünün ki, ancaq makaronu 147 formada bişirmək olar. Sizdə quzu ətinə xüsusi rəğbət var. İtaliyanın mərkəzi əyalətlərində məhz quzu ətindən yeməklərə üstünlük verilir”.

Səfir qeyd edib ki, Bakıda keçiriləcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi onun səfir olduğu müddətdə keçirilən üçüncü belə tədbirdir:

“Bu tədbirlərin hər biri İtaliyanın fərqli əyalətlərinə xas mətbəxin spesifik təamlarına həsr edilib. Düşünürəm ki, bir neçə gün sonra başlayacaq VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsində iştirak etdiyiniz zaman siz də bizim mətbəxin ləziz təamlarından dadacaqsınız. Bu tədbirdə Azərbaycanın peşəkar aşpazları da iştirak edəcəklər”.

Qeyd edək ki, dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək. Altı gün davam edəcək həftədə məşhur italyan aşpaz Pino Kuttaya qeyri-adi proqramla çıxış edəcək. O, dekabrın 6-sı saat 12:00-da Bakıdakı hotellərin birində “Il Cannolo Siciliano di Melanzane” resepti ilə ustad dərsi keçirəcək.

Eyni zamanda, dekabrın 5-i və 6-sı tarixlərində Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksəkvəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri