Dek
2023
13:44
174
8
1100
Virtual karabakh

Fətəli xan Xoyskinin anadan olmasından 148 il ötür - FOTO

7 Dek, 2023
13:44
1100

Fətəli xan Xoyskinin anadan olmasından 148 il ötür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin doğum günüdür.

Oxu.Az xatırladır ki, Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub.

Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20 000 nəfərlik qoşunu ilə Üçkilsəyə sığınmışdı.

Cəfərqulu xan 1806-cı ildə Şəki xanı təyin olunub. 1814-cü ildə o, vəfat etdikdən sonra Şəki xanlığını oğlu İsmayıl idarə edib. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilib və Rusiyanın tərkibinə qatılıb.

Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıblar. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klassik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin Hüquq fakültəsini bitirib.

Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib. Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olub.

O, Gəncə quberniyasından (o zaman Yelizavetpol adlanırdı) II Dövlət Dumasına deputat seçilib.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verib. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının Qurultayında iştirak edib. 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabineti təşkil olundu.

Professor V.İ.Razumoskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsindən məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

F.Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində də Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu.

Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb.

1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefa verib.

Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinetində xarici işlər naziri vəzifəsinə icra edib. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin xidmətləri olub.

AXC-nin süqutundan sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedib. 1920-ci ilin iyunun 19-da erməni milliyyətçisi, qatil Aram Yerganian (Ermənistan “Milli Qəhrəmanı”) tərəfindən güllə ilə vurulub və hadisə yerində həyatını itirib.

Xoyski Tbilisidə Həsən bəy Ağayevin və Mirzə Fətəli Axundovun qəbrinin yanında dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri