Dek
2023
11:26
118
7
856
Virtual karabakh

Azad olunan Füzulidə məktəbdə təhsil alan şagirdlərin sayı 500 nəfərə çatacaq

7 Dek, 2023
11:26
856

Azad olunan Füzulidə məktəbdə təhsil alan şagirdlərin sayı 500 nəfərə çatacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzulidə yeni fəaliyyətə başlayan məktəbdəki şagirdlərin sayı 500 nəfərə çata bilər.

Bu barədə “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin direktoru Həcər Mahmudova deyib.

Direktorun sözlərinə görə, hazırda məktəbdə 290 nəfər şagird təhsil alır:

“Füzuliyə qayıdış davam edir və düşünürük ki, bu rəqəm ilin sonuna kimi 500 nəfəri ötəcək”.

H.Mahmudova vurğulayıb ki, təhsil müəssisəsi üç aydır fəaliyyət göstərməsinə baxmayaraq, şagirdlərin sayı 300 nəfərə çatır:

“Ona görə də il sonuna qədər bu rəqəmin 500-ə çatacağını proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, Füzulidə məktəb Özbəkistan dövləti tərəfindən tikilib. 2023-cü ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentləri İlham ƏliyevŞavkat Mirziyoyev, o cümlədən hər iki ölkənin birinci xanımları Mehriban ƏliyevaZiroatxon Mirziyoyeva məktəbin açılışında iştirak ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri