Fev
2024
11:31
51
11
1623
Virtual karabakh

Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

2 Fev, 2024
11:31
1623

Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin sentyabr ayında Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək. Bu, regionda ilkdir və ev sahibliyi kimi Azərbaycanın seçilməsi bizim uğurumuzdur. 

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

O bildirib ki, bu tədbir üzrə tərəfdaşların, dünyada bu istiqamətdə fəaliyyət göstərən diplomatların Azərbaycana gəlməsi ölkəmizi kiberdiplomatiyanın mərkəzinə çevirəcək: 

“Bu baxımdan çox unikal tədbirdir. Tədbir Rumıniya Respublikasının informatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında imzalanan memorandum nəticəsində təşkil edilir. Onların təşəbbüsü olan diplomatiya üzrə beynəlxalq tədbirin regional təmsilçiliyi bizim ölkəmizə verilib. Bu tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirməyi planlaşdırırıq. Belə bir tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi strateji əhəmiyyət kəsb edir.

Bəzi ölkələrdə yeni diplomatik vəzifə olan kibersəfirlərin ölkəmizdə toplanması, müzakirələr, informasiya təhlükəsizliyi strukturu baxımından çox vacib məqamdır. Qlobal kibertəhdidlərə qarşı ölkələrin birgə fəaliyyəti və mübarizəsi baxımından çox vacib məsələdir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri