22 
Noy
2021
16:00
64
11
416
Virtual karabakh

İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin 30 illiyinə həsr olunan forum keçiriləcək - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər təşkilatlarla birgə Bakıda “UNEC Economy Forum Baku 2021” (“UNEC İqtisadi Forumu, Bakı 2021”) təşkil olunacaq. Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi postpandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir. 

UNEC İqtisadi Forumunda Prof. Dr. Əziz Sancar və Prof. Dr. Məhəmməd Yunus kimi Nobel mükafatı laureatları, həmçinin iri özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq peşəkarlar və digər sənaye ekspertləri iştirak edəcəklər.

Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilmişdir. Forumda əsasən aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:

• Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı?;

• Qlobal iqtisadi artım üçün əsas problemlər;

• Yüksək texnologiyalı istehsal ekosistemi;

• İqtisadiyyatın rəqəmsal transformasiyası;

• Yaşıl iqtisadiyyat və davamlı inkişaf;

• Sosial təminat;

• Biznes;

• Postpandemiya dövrünün iqtisadi çətinlikləri;

• Pandemiya sonrası biznesin transformasiyası;

• Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:

- Panel 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar;

- Panel 2: Postpandemiya dövründə elm və təhsil;

- Panel 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar;

- Panel 4: Postpandemiya dövründə biznes transformasiyası;

- Panel 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya.

Qonaqların 4 dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib.

Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.

Forumun “Instagram” səhifəsi: Instagram.com/uefbaku

Forumun “Facebook” səhifəsi: Facebook.com/uefbaku

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri