22 
Noy
2021
16:30
42
18
961
Virtual karabakh

“Samsung” və Luvr: Dünya incəsənət inciləri “The Frame” ekranında sizin qonaq otağınızda - FOTO

22 Noy, 2021
16:30
961

“Samsung” və Luvr: Dünya incəsənət inciləri “The Frame” ekranında sizin qonaq otağınızda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Sentyabr ayında “Samsung Electronics” “Art Store”da mövcud incəsənət incilərinin abunəliyini genişləndirmək üçün Parisin məşhur incəsənət muzeyi olan Luvr ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. Müqaviləyə əsasən, “Samsung” “The Frame” televizorlarının sahibləri indi Luvrda yerləşən 40-a yaxın məşhur sənət əsərindən, o cümlədən Leonardo da Vinçinin məşhur Mona Lizasından öz evlərindən çıxmadan zövq ala biləcəklər. Seçilmə topluya, həmçinin “Kane Qalileyasında nigah”, “Venera de Milo”, “Samotrakiyanın qanadlı qələbəsi” kimi şah əsərlər, eləcə də əzəmətli Luvr qalereyalarının, onun memarlıq nümunələrinin və muzey ərazisinin (Luvr piramidası, Tuileries) fotoşəkilləri daxildir.  Əlavə olaraq,  hər  əsər onun yaranma tarixi ilə qısa annotasiya ilə müşayiət olunur. 30 iyun 2023-cü il tarixinə qədər imzalanmış əməkdaşlıq müqaviləsi dünyanın ən çox ziyarət edilən muzeyini “Samsung”un “The Frame” televizor ekranında sizin qonaq otağınıza gətirilir.

“2017-ci ildə interyer televizorları portfelini təqdim etdikdən sonra diqqətimizi “Art Store”ı inkişaf etdirməyə yönəldərək, bu yolda bir çox tərəfdaşlarla əməkdaşlıq etmişik. “The Frame” ilə birlikdə biz istifadəçilərə adi televizordan daha artıq bir cihaz təklif etmək istəyirik. Bu səbəbdən də, təqdim olunan kataloq yüzlərlə rəssamın əsərini özündə əks etdirərək, qədim sivilizasiyalardan tutmuş müasir dövrün incəsənət nümunələrinə qədər müxtəlif dövrləri əhatə edir”, - deyə “Samsung Electronics”in prezidenti və xidmət biznesinin rəhbəri Vonjin Li izah edib. “Bu il kolleksiyamızı genişləndirmək və istifadəçiləri dünyanın ən tanınmış muzeylərindən birinin zəngin irsi ilə tanış etmək üçün Luvr ilə əməkdaşlıq etdik”,- deyə o, qeyd edib.

Yeni kolleksiya həm də sözü gedən muzeyin memarlıq mənzərələrindən ibarət olduğundan, istifadəçilərə muzeyin inanılmaz sehrinə qərq olmaq üçün əla imkan yaradacaqdır.

 “Luvr emosiya ilə dolu bir məkan və məşhur şah əsərlərini kəşf etmək üçün heyrətamiz məkandır. Hər gün onun kolleksiyalarını, eləcə də binaların, qalereyaların və bağların fotoşəkillərini seyr edərək, muzeyin qeyri-adi gözəlliyinə heyran olun”, - deyə Luvrda Brend İnkişafı, Lisenziyalaşdırma və Ticarət Tərəfdaşlıqları şəbəsinin rəhbəri Yann Le Touher qeyd edib.

Hazırda yalnız “The Frame”də mövcud olan “Art Store” 42 ölkədən təxminən 600 rəssamın qədim sənətdən, müasir incəsənət nümunələrinə qədər böyük bir dövrü əhatə edən 1500-dən çox sənət əsərini təqdim edir. Beləliklə, “Art Store” kataloquna Madriddə yerləşən Prado Muzeyində, Vyanadakı Albertina Muzeyində, Londonda yerləşən Tate Modern, Amsterdamdakı Van Qoq Muzeyində, Sankt-Peterburqdakı Ermitaj və LUMAS onlayn qalereyasında, həmçinin dünyanın müxtəlif yerlərində yerləşən muzey və qalereyalarda təqdim edilmiş sənət əsərlərinin 4K keyfiyyətli reproduksiyaları daxildir. 

“The Frame” hər kəsin asanlıqla fərdiləşdirə biləcəyi unikal dizaynı ilə digər televizorlardan fərqlənir. Həmçinin, televizor asanlıqla istənilən interyerə uyğunlaşa bilir. Cihaz işə salındıqda adi televizor kimi işləyir, söndürüldükdə isə əsl sənət əsərinə çevrilir. Əslində, “The Frame” istifadəçinin fərdi üslubunu əks etdirən innovativ rəqəmsal kətandır. 2021-ci ilin  “The Frame” modelləri istənilən məkana və interyerə uyğun yeni fərdiləşdirmə seçimlərinə və iki çərçivə üslubuna malikdir: “Müasir” (ağ, ağac və qəhvəyi rənglərdə mövcuddur) və “Həcmli” (ağ və kərpici- qırmızı rənglərdə mövcuddur).

“The Frame”də hər bir detalı elə düşünülmüşdür ki, onun əslində televizor olduğunu unudacaqsınız. İstər divardan asılsın, istərsə də “Studio Stand” dayağında quraşdırılsın, “The Frame” elektrik cihazınını xatırlatmadan əsl sənət əsərinə bənzəyir. Xüsusi “No Gap Wall-mount” divarda quraşdırma bərkitməsi isə televizorun şəkil təsəvvürünü tamamlamağa imkan yaradır. Televizorun bu ideal görüntüsü, “One Connect” qurğusuna qoşulmasını təmin edən və özündə bütün kabelləri toplayan “One Invisible Connection” kabeli ilə tamamlanır.

“Samsung” “The Frame” televizorları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri