16 
Dek
2021
15:15
99
12
1360
Virtual karabakh

“EKVİTA” və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək - FOTO

16 Dek, 2021
15:15
1360

“EKVİTA” və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Kulane” Təhsil Mərkəzində həyata keçirilən açılış mərasimində bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “EKVİTA” şirkətinin direktoru İlqar Mehti və millət vəkili Tural Gəncəliyev çıxış edib.

Tədbir boyunca layihənin gələcək perspektivləri müzakirə olunub, “Qarabağa Dönüş” İctimai Birliyin sədri, millət vəkili Tural Gəncəliyev xüsusilə bildirib ki, bu təşəbbüs Qarabağın dirçəldilməsi üçün insan resurslarının hazırlanması baxımından əhəmiyyətlidir və hazırda yüksək peşə təhsilli kadrlara ehtiyac vardır. 

“EKVİTA bu kimi layihələrə dəstək olmağa daima hazırdır və digər tərəfdaş şirkətləri də aktiv iştiraka səsləyir”,- deyə “EKVİTA” şirkətinin təsisçisi və direktoru İlqar Mehti öz çıxışı zamanı bildirib. 

Qeyd edək ki, layihə çərçivəsində müharibə veteranlarının altı ay ərzində “Kulane” tədris mərkəzində təhsil alması nəzərdə tutulur. Vətən müharibəsi iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də “EKVİTA” və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdiriləcəkdir. Layihə “Qarabağa Dönüş” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri