11 
Mar
2022
10:36
456
166
2647
Virtual karabakh

Azərbaycanda ilk dəfə “Qadın Liderlər Forumu” baş tutub - FOTO

11 Mar, 2022
10:36
2647

Azərbaycanda ilk dəfə “Qadın Liderlər Forumu” baş tutub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

EKVİTA-nın təşkilatçılığı və baş sponsorluğu, “Coca-Cola” Azərbaycanın sponsorluğu ilə “Qadın Liderlər Forumu” keçirilib.

Forum müasir cəmiyyətimizdə gender stereotiplərinin qırılması və qadınların biznes, hüquq kimi müxtəlif sahələrdə artan rolu haqqında 2 panel müzakirə əsasında formalaşıb. 

Daha çox biznesdə qadınların rolunu vurğulayan birinci paneldə idarəetmədə bərabər iştirak hüququ, qadın rəhbərlər və onların üzləşdiyi çətinliklər müzakirə mövzusu olub. İkinci panel zamanı isə hüquqda kifayət qədər öz sözünü demiş panelistlər tərəfindən qadınların rolunun gücləndirilməsi, korporativ idarəetmədə iştirak və dövlət dəstəyi proqramları haqqında diskussiyalar aparılıb. 

Forum çərçivəsində həmçinin inklüzivliyə dəstək məqsədi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin xanım üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgi də keçirilib. Forumun ikinci yarısı klassik musiqinin müşayiəti altında netvörkinq şam yeməyi ilə sonlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri