19 
May
2022
11:30
10
44
563
Virtual karabakh

Biznes-datanın qorunması, ətraf mühitə uyğunluq və oyunlar üçün 3D-rejim: “Acer”dən hansı yeniliklər var?

19 May, 2022
11:30
563

Biznes-datanın qorunması, ətraf mühitə uyğunluq və oyunlar üçün 3D-rejim: “Acer”dən hansı yeniliklər var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Acer”dən yeniliklər - ABŞ hərbi standartlarına uyğun möhkəmlik, misilsiz rəng ötürülməsi ilə OLED-displeylər və eynəksiz 3D oyunları oynamaq imkanıdır.

Mayın 18-də “Acer”in illik qlobal mətbuat konfransı baş tutdu, bu konfransda şirkət ənənəvi olaraq peşəkar, qeymer və ətraf mühitə uyğun yenilikləri təqdim etdi. 2022-ci ilin yenilikləri 12-ci nəsil “Intel Core” prosessorlarının bazasında əsaslanır.

“Acer” biznes-notbukları: İş üçün lazım olan hər şey

“TravelMate” xəttinin notbukları indi daha da davamlıdır və ABŞ hərbi standartlarına cavab verir. Bu seriya tez-tez hərəkət edərək müxtəlif lokasiyalarda işləməli olan insanlar üçün idealdır: evdə, ofisdə və s. Belə bir notbuk zədələrdən, yüksək rütubətdən, üstünə dağılmış mayelərdən və ya hava limanında yoxlama zamanı diqqətsiz davranışdan qorxmur.

Biznes notbuklarını yaradarkən “Acer” videokonfransın yüksək keyfiyyətinə və aydın səsə xüsusi diqqət yetirir. Belə ki, “TravelMate P4” və “TravelMate P4 Spin” modellərinin mikrofonları süni intellektə əsaslanan səs-küyün azaldılması funksiyası ilə təchiz edilib, notbukların özlərində isə 4 dinamik və həcmli, çoxkanallı səsi təmin edən əlavə DTS-audio sistemi var.

Məlumatların təhlükəsizliyinə də böyük diqqət yetirilir: “Microsoft Secured-core PC TravelMate” notbuklarını proqram təminatı və nüvə səviyyələrində hakerlərdən qoruyur. Əvvəlcə bu standart hökumət təşkilatlarının nümayəndələri və haker hücumlarına meyilli sənayelərdə çalışan insanlar üçün (maliyyə, səhiyyə) nəzərdə tutulmuşdu. İndi isə biznes səviyyəsində məlumatın qorunması hər kəs üçün əlçatandır.

Yeni “Acer Swift 3” kreativ insanlar üçün mükəmməldir

Yüngül və nazik, “Acer Swift 3” - frilanserlərin, tələbələrin və kreativ sənayelərdə çalışanların hər gün qarşılaşdıqları problemlərə şirkətin cavabıdır. OLED monitor digər matrislərdə əldə edilə bilməyən dəqiq rəng ötürülməsi və yüksək kontrast tələb edən məsələləri asanlıqla həll etməyə imkan yaradır. Qalınlığı 17,9 mm olan modelin çəkisi cəmi 1,4 kq və 10 saat işləmə müddətini təmin edir.

Bundan əlavə, “Acer Swift 3” yüksək sürətlə fotoşəkillərin işlənməsi və videoların renderi, mürəkkəb qrafika ilə resurs tutumlu proqramlar və oyunlar üçün dəstək, optimal enerji sərfiyyatı, sürətli yazı və datanın oxunmasının zamini olan “Intel Evo” verifikasiyasına malikdir. Kamera zəif işıqda belə yüksək keyfiyyətli şəkillər çəkir və səs-küyün azaldılması funksiyası isə istifadəçinin səsinin aydın və yüksək olmasını təmin edir.

“Predator Helios 300 SpatialLabs Edition” ilə eynəksiz 3D oyunlarını oynayın

Yeni “Predator Helios 300 SpatialLabs Edition” oyun notbuku 50-dən çox məşhur oyun üçün həcmli təsvir yaradır. Real vaxt rejimində renderinq və baxış izləmə texnologiyası ilə “SpatialLabs TrueGame” oyunçunu 3D dünyasına aparır. Məkanlar sözün əsl mənasında göz qabağında canlanır: otaqlar daha geniş olur, obyektlər çoxqatlı, sərgüzəştlər isə daha da həyəcanlı olur.

Notbukun displeyi - maye kristal lensli paneldir. Məhz bu innovativ modul oyunçuya 2D və 3D rejimləri arasında keçid etməyə imkan verir.

“Acer”in yeni məhsulları haqqında daha çox öyrənmək üçün qlobal mətbuat konfransı yayımına qoşulun.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri