10 
Avq
2022
17:16
171
100
2942
Virtual karabakh

“Coca-Cola” musiqili avtobusla şəhər turuna dəvət edir - FOTO

10 Avq, 2022
17:16
2942

“Coca-Cola” musiqili avtobusla şəhər turuna dəvət edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milyonlarla insanın sevimli içkisi olan “Coca-Cola” Azərbaycanda bu yay şəhər sakinlərinə musiqi möcüzəsi bəxş edir. Aksiya çərçivəsində “Coca-Cola” brendinqli musiqili avtobusu paytaxt küçələrində gəzinti təşkil edəcək. 

“Coca-Cola”nın musiqili avtobusu 26 iyul - 15 avqust tarixləri arasında hər gün 16:00-21:00 arasında səyahət təşkil edir. “Park Bulvar” AVM-nin parkinq girişindən səyahətə başlayan avtobus iki marşrut üzrə hərəkət edir:

1) Ağşəhər Bulvarı istiqamətində;

2) Bayraq Meydanı istiqamətində.

Musiqi avtobusda səyahət üçün 0.5 L ölçülü qızılı qapaqlı “Coca-Cola Klassik”, “Coca-Cola Sıfır Şəkər”, “Coca-Cola Sıfır Şəkər Limon Və Laym”, “Fanta Portağal”, “Fanta Ekzotik”, “Fanta Düşes”, “Sprite” məhsullarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçmək lazımdır.

Qızılı qapağın altındakı unikal kodu 3 vasitə ilə qeydiyyatdan keçirmək olar:

• “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək
• “music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək
• +994 50 444 76 76 nömrəsinə kodu “WhatsApp” vasitəsi ilə göndərmək 

Avtobusa daxil olarkən qeydiyyatdan keçən iki promo kod və ya qapaqlar “Coca-Cola” əməkdaşına təqdim edilməlidir. Gəzintiyə qoşulan qonaqları musiqi alətlərinin ifaları müşayiət edəcək. Musiqili avtobusun ikinci mərtəbəsində qonaqların da həmin musiqi alətlərində ifa etmək imkanları olacaq. Birinci mərtəbədə olan fotozonada isə qonaqlar şəkil çəkdirə, həmçinin sevimli mahnılarını karaoke formatında ifa edə bilərlər.

Musiqili səyahətə 18 yaşdan yuxarı hər kəs, 12-18 yaş arası şəhər sakinləri isə valideynlərinin müşayiəti ilə qoşula bilərlər.

Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Coca‑Cola” Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. “Coca‑Cola” məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin “Coca‑Cola İçecek” şirkəti tərəfindən təsis edilən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan “Coca‑Cola İçecek” 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri